Bakı. Trend:
İsrail Qəzza zolağı ilə sərhəddə anklava humanitar yardımın
çatdırılması məqsədilə “Kerem-Şalom” nəzarət-keçid məntəqəsini
yenidən açıb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu və İsrail
hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərin Koordinasiyası
İdarəsi birgə məlumat yayıb.
Məlumata görə, Misirdən humanitar yük avtomobilləri artıq
nəzarət-keçid məntəqəsinə gəlir.
Humanitar yükə ərzaq malları, su, tibbi ləvazimatlar, müvəqqəti
yaşayış üçün avadanlıq daxildir.





























