
Bakı. Trend:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2024-cü ildə
bir sıra birgə hazırlıq tədbirlərini Qırğızıstan, Tacikistan və
Qazaxıstanda keçirəcək.
Trend xəbər
verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargah rəisi,
general-polkovnik Andrey Serdyukov brifinqdə deyib.
Serdyukovun sözlərinə görə, Qazaxıstan ərazisində KTMT-nin
sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq 2024”
komanda-qərargah təliminin keçirilməsi planlaşdırılır. Təşkilat üzv
ölkələrin müdafiə nazirliklərinin, baza təlim-metodik və elmi
tədqiqat təşkilatlarının nümayəndələrini təlimlərə cəlb etməyə
davam edəcək.
Qərargah rəisi KTMT-nin bu il Qırğızıstanda “Qarşılıqlı
fəaliyyət 2024”, “Axtarış 2024”, “Eşelon 2024” təlimlərini ,
Tacikistanda isə “Hüdud 2024” təlimini keçirəcəyini bildirib.





























