Advertisement

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

Bakı. Trend:

Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində
iştirakını dayandırır.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın
“Katimerini” qəzetinə müsahibəsində deyib ki, Ermənistan faktiki
olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT)
iştirakını dondurub.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bizim
qiymətləndirməmizə görə, Ermənistan Respublikası qarşısında
təhlükəsizlik öhdəliklərini, xüsusən 2021-2022-ci illər ərzində
yerinə yetirməyib”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından Ermənistanın
KTMT-də daimi nümayəndəsi yoxdur.

“Biz KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmirik. Biz
KTMT-nin qərarlarını bloklamırıq, lakin qərarların qəbulunda da
iştirak etmirik”, – o əlavə edib.