Advertisement

Qərbin mövqeyi səbəbindən Ukrayna məsələsi ilə bağlı razılaşma mümkün olmur – Lavrov

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna
məsələsi ilə bağlı dialoqa hazır olduğunu, lakin Qərb ölkələrinin
vəziyyəti danışıqlar masası arxasında tənzimləmək variantını
nəzərdən keçirmədiklərini bildirib.

Trend xəbər
verir ki, Sergey Lavrov bu barədə Rusiya Federasiyası Dövlət
Dumasında hökumət saatında çıxışında deyib.

Onun sözlərinə görə, Moskva Yer üzündə formalaşmış reallıqlar
əsasında münaqişənin siyasi-diplomatik yolla tənzimlənməsinə
hazırdır.

Bundan başqa, Lavrov ABŞ-nin Ukrayna məsələsində olduğu kimi,
Yaxın Şərqdə də destruktiv yanaşma nümayiş etdirdiyini
bildirib.

“Yaxın Şərqdə tənzimləmədə vasitəçilik səylərini uzun illər
ərzində inhisarlaşdırmaq cəhdləri vəziyyətin nəzarətdən çıxmasına
səbəb olub ki, hazırda bunu müşahidə edirik”, – Lavrov deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun