Advertisement

Rusiya sərhədçiləri “Zvartnots” hava limanından çıxarılır

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri
Nikol Paşinyan arasında danışıqlar zamanı müəyyən razılıqlar əldə
olunub.

Trend bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, iki ölkənin lideri arasında danışıqların uğurla
keçirilib. Rusiya sərhədçilərinin Ermənistan ərazisindəki
“Zvartnots” hava limanında artıq xidmət etməyəcəklərinə dair qərar
qəbul olunub.

Bundan başqa, rusiyalı sərhədçilər 44 günlük müharibədən sonra
şifahi razılıq əsasında qaldıqları Sünik (Zəngəzur), Qeqarkunik
(Basarkeçər), Tavuş, Ararat, Vayots-Dzor məntəqələrini tərk
edəcəklər.

Xatırladaq ki, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının
katibi Armen Qriqoryan Zvartnots hava limanında rus sərhədçilərinin
mövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərildiyini
deyib.

Martın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
İrəvanın rəsmi bildirişini aldıqlarını təsdiqləyib.