Bakı. Trend:
Türkiyənin İzmir şəhərində FETÖ terror qruplaşmasına qarşı
keçirilən əməliyyat zamanı 7 polis əməkdaşı saxlanılıb.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, İzmirdə də istintaq başladılıb. Şübhəlilərdən 7
nəfər Ankara və İzmirdə həyata keçirilən əməliyyat zamanı
saxlanılıb.
Qaçmaqda şübhəli bilinən daha bir nəfərin saxlanılması üzrə
axtarış tədbirləri davam edir.





























