Bakı. Trend:
Qəzza zolağındakı Əl-Şifa xəstəxana kompleksi ərazisində
Fələstinin tibbi briqadaları tərəfindən kütləvi məzarlıq
aşkarlanıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə
Fələstin Səhiyyə Nazirliyi bəyanatı yayıb.
“Hökumət briqadaları indiyədək yeni cəsədlər çıxarırlar,
eksqumasiya üzrə əməliyyatlar isə hələ sona çatmayıb. Biz onlarla
insan meyiti aşkar edəcəyimizi gözləyirik”, – bəyanatda
deyilir.
Məlumata görə, bu Qəzza xəstəxanasında aşkar edilən sayca
yeddinci kütləvi məzarlıqdır.





























