Bakı. Trend:
2023-cü ilin əvvəlindən bu ilin aprel ayınadək Avropa İttifaqı
(Aİ) və Avropa İqtisadi Zonasına daxil olan (AİZ +Norveç, İslandiya
və Lixtenşteyn) ölkələrdə göyöskürəyə yoluxma halları 2021-2022-ci
illərlə müqayisədə 10 dəfə çox qeydə alınıb.
Trend bu barədə Avropa Səhiyyə Agentliyinin hesabatına istinadən
xəbər verir.
Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC)
tədqiqatında məlumat bildirilir ki, bu dövr ərzində Aİ/AİZ
ölkələrində təqribən 60 000 yoluxma halı aşkarlanıb. 2023-cü ildə –
25 130 yoluxma halı, bu ilin yanvar-mart aylarında – 32 037 yoluxma
halı qeydə alınıb.
Qeyd olunur ki, əksər təsdiq olunmuş halların pediatrik yaşın
(86%), xüsusilə 10-13 yaç arasında uşaqların (21%) və 1 yaşadək
uşaqların (20%) payına düşür.
ECDC-nin məlumatına əsasən, peyvənd olunmayan və ya qismən
peyvənd olunan 6 aya qədər olan körpələr daha çor risk qrupuna
daxildirlər.
Avropa Səhiyyə Agentliyi ölkələrə vaksinasiya proqramlarını
gücləndirməyi tövsiyə edir.





























