Advertisement

Bu ölkə peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Bakı. Trend:

Böyük Britaniya pandemiya zamanı peyvəndlərin paylanmasını tələb
edən Ümumdünya Səhiyyə Təşkilatının müqaviləsini imzalamaqdan
imtina edir, bunu milli suverenliyə təhdid hesab edir.

Trend bu barədə “The
Telegraph”a istinadən xəbər verir.

Məlumata görə, bu təşəbbüs COVİD səbəbindən fövqəladə vəziyyət
pik həddində yaranıb. Müqavilənin şərtlərinə əsasən, ÜST-ə üzv
bütün dövlətlər digər ölkələrin xeyrinə peyvəndlərin 20 faizindən
imtina etməli olacaqlar və anbarlarda dərman yığmamağı öhdəsinə
götürəcəklər.

Qeyd olunur ki, Böyük Britaniya bu təklifləri indiki formasında
qəbul edə bilməyib və onlar razılaşdırılmayıb. Pandemiya sazişini
müzakirə edən bir çox ölkələr üçün tibbi əşyaların birgə
istifadəsinə qırmızı xətt kimi baxılır.