Advertisement

Türkiyə İsrailə qarşı sanksiyaların yumşaldılması ilə bağlı məlumatları təkzib edib

Bakı. Trend:

İsrailin Türkiyənin tətbiq etdiyi ticarət sanksiyalarının
yumşaldılması ilə bağlı iddialarının reallıqla heç bir əlaqəsi
yoxdur.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin ticarət naziri
Ömər Bulut “X” sosial şəbəkəsində yazıb.

“İsrail xarici işlər nazirinin açıqlamaları tamamilə uydurmadır.
Onların reallıqla heç bir əlaqəsi yoxdur. Biz hökumətin İsraillə
ticarətlə bağlı qərarını dəstəkləyirik. Qərar qüvvədə qalmaqdadır”,
– deyə nazir qeyd edib.

Ö.Bolat əlavə edib ki, sanksiyalar Qəzza zolağında atəşkəs və
humanitar yardımların çatdırılması təmin olunana qədər qüvvədə
qalacaq.