Advertisement

Türkiyə gəmisi batıb – Dənizçilərin taleyindən xəbər yoxdur

Bakı. Trend:

Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə
birlikdə Mərmərə dənizində batıb.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.

“69 metrlik “Batuhan” yük gəmisinin göyərtəsində altı nəfər var,
hamısı Türkiyə vətəndaşıdır. Onların axtarış-xilasetmə işlərinə
başlanılıb.

İnsidentlə bağlı siqnal yerli vaxtla səhər saat 6:20-də daxil
olub. Hadisə yerinə üç sahil mühafizə gəmisi və bir helikopter
göndərilib.

Dənizçilərin axtarışına güclü dalğalar mane olur”, – məlumatda
qeyd olunub.