Advertisement

Banqladeşdə təlim qırıcısı qəzaya uğrayıb

Bakı. Trend:

Banqladeşdə təlim təyyarəsi qəzaya uğrayıb, bir pilot həlak
olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin silahlı qüvvələrinin
informasiya xidməti məlumat yayıb.

“Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus “Yak-130″ təlim
qırıcısı Çittaqonqdakı Patenqada mexaniki nasazlıq səbəbindən
qəzaya uğrayıb. Təyyarənin iki pilotu xilas edilib”, – deyə
bildirilib.

Üçüncü pilot xəstəxanada dünyasını dəyişib. Digər ikisi isə
katapultasiya edə bildikləri üçün xilas edilib.

Təyyarənin səhər saatlarında Karnapxuli çayına düşdüyü
bildirilib. Dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün
çalışırlar.