Advertisement

ABŞ 37 Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib

Bakı. Trend:

ABŞ 37 Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

Trend-in
məlumatına görə, ABŞ Ticarət Departamentinin Sənaye və
Təhlükəsizlik Bürosunun açıqlamasında bildirilib.

Məlumata əsasən, 26 müəssisə ixrac məhdudiyyəti olan malların
“Rusiyaya tədarük etməsində iştirak”a görə qara siyahıya salınıb.
“Bu cür addımlar ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət
maraqlarına ziddir”, – deyə bildirilib.

Siyahıda 2023-cü ilin fevralında ABŞ hava məkanında raketlə
vurulan Çin şarı ilə bağlı insidentdə iştirak etdiyi iddia edilən
daha səkkiz Çin şirkəti yer alıb. Daha üç şirkət analoji şarların
yaradılması üçün Çinin proqramına dəstək verdiyi üçün siyahiya
daxil edilib.