Advertisement

Bayden Trampla debat etməyə hazır olduğunu təsdiqləyib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden hazırkı prezidentlik yarışı
çərçivəsində sabiq ölkə lideri Donald Trampla debat etməyə hazır
olduğunu təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə C.Bayden D.Trampla debat
etmək niyyətində olub-olmadığı sualına cavabında deyib.

“Bunu təşkil edin”, – deyə ABŞ prezidenti bildirib.

Bundan əvvəl də Amerika prezidenti D.Trampla debatlarda iştirak
etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də
keçiriləcək.