Advertisement

Ukraynaya mərmilərin alınması üçün Slovakiyada təxminən 4 milyon avro toplanıb

Bakı. Trend:

Slovakiyalı fəallar Çexiyanın Kiyev üçün sursat almaq təşəbbüsü
çərçivəsində 4,17 milyon avro toplayıblar.

Trend-in məlumatına görə, bu barədə “České noviny” qəzeti xəbər
verib.

Məlumata əsasən, bu məbləğ Çexiya silah istehsalçısı “STV
Group”nun 2692 mərmisi almaq üçün istifadə olunacaq. Bu
silah-sursat partiyasının Ukraynaya yazın sonundan gec olmayaraq
gəlməsi gözlənilir.

Bu vəsaitin toplanması təşkilatçılarından biri bildirib ki,
fəallar bütün satınalmaları Çexiya Müdafiə Nazirliyi ilə
razılaşdırırlar. SSlovaklar Praqa ilə işləmək qərarına gəliblər,
çünki ölkədə analoji təşəbbüs yoxdur.