Advertisement

Netanyahu Bayden ilə fikir ayrılıqlarının aradan qaldırılmasına ümid edir

Bakı. Trend:

Ümid edirəm ki, ABŞ prezidenti Co Baydenlə Qəzza zolağında
müharibə ilə bağlı fikir ayrılıqlarını aradan qaldıra
biləcəyik.

Trend bu barədə İsrail KİV-lərinə istinadən xəbər verir ki, bunu
İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Biz tez-tez razılaşırdıq, amma fikir ayrılıqları da var idi.
Biz onların öhdəsindən gələ bildik. Ümid edirəm ki, indi onları
aradan qaldıra bilərik. Ölkəmizi qorumaq üçün lazım olan hər şeyi
edəcəyik”, – Netanyahu qeyd edib.

Qeyd olunub ki, daha əvvəl ABŞ prezidenti Co Bayden xəbərdarlıq
edib ki, İsrail hərbçirləri Rəfah şəhərinə tammiqyaslı hücuma
başlayacaqları təqdirdə, ABŞ İsrailə silah tədarükünü
dayandıracaq.

Netanyahu buna cavab olaraq əlavə edib ki, ABŞ-nin silah
tədarükünün dayandırılması ilə bağlı təhdidlərinə baxmayaraq Rəfah
əməliyyatından imtina etməyəcək.

Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi
barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru
hücumu başladacağına dair məlumat yayıb.

İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrail
ordusunun baş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin
29-da əməliyyat planını təsdiqləyib.