Advertisement

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Bakı. Trend:

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində həlak
olanların sayı 3-ə çatıb, daha altı nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar
Nazirliyi məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çayda batmış
avtobusun içindən 9 nəfəri çıxarıblar.

Onlardan ikisinin vəziyyəti ağırdır, dördü klinik ölüm
vəziyyətindədir, üç nəfər həlak olub.