Advertisement

Türk polisi narkotik tacirlərinə qarşı əməliyyatlar keçirib

Bakı. Trend:

Türk polisi narkotik tacirlərinə qarşı əməliyyatlar keçirib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, İstanbulun
Küçükçekmece şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan daha iki mütəşəkkil cinayətkar qrup saxlanılıb.

Saxlanılanlar arasında hər iki təşkilatın rəhbərləri ilə yanaşı,
onların üzvləri də yer alır.

Qeyd edək ki, 40 fərqli ünvanda keçirilən əməliyyatlar zamanı
sənədsiz silahlar, narkotiklər, çoxlu əskinaslar və pullar ələ
keçirilib.

Saxlanılan 32 şübhəli cinayət törətmək üçün təşkilat yaratmaq,
qəsdən adam öldürməyə cəhd, narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə ittiham olunub.