Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi
yardım göstərilməsini tapşırıb.
Trend xəbər verir ki, bu barədə Ağ Evin saytı məlumat yayıb.
Qeyd olunur ki, Bayden ona verilmiş səlahiyyətlərdən istifadə
edərək, bununla bağlı sərəncam verib.
“ABŞ konstitusiyası və qanunları ilə dövlət katibinə Ukraynaya
kömək məqsədilə hərbi yardımlar, həmçinin hərbi hazırlıq üçün 400
milyon dollara qədər vəsaitin ayrılmasını tapşırırıram”, –
məlumatda bildirilib.
Pentaqonun məlumatına görə, 2022-ci ilin fevral ayından ABŞ
Kiyevə 50,6 milyard dollardan çox hərbi yardım ayırıb.





























