Advertisement

Fransa Makrona inamını sürətlə itirir

Bakı. Trend:

Fransa öz liderinə inamını sürətlə itirir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa
prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi mərkəzçi siyasi
alyans bu ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilərdə
ağır məğlubiyyətlə üzləşəcək.

Bildirilir ki, bu, Makronun karyerasında ən dağıdıcı məğlubiyyət
olacaq.

Son sorğulara görə, iki sağçı fransız siyasətçi – Marin le Pen
və Jordan Bardella indi Fransa prezidentliyinə ən populyar
namizədlərdir.

Qeyd edilir ki, Fransada növbəti president seçkiləri 2027-ci
ildə keçiriləcək.