Bakı. Trend:
HƏMAS lideri Yəhya Sinvar Han-Yunis şəhərinin altındakı
tunellərdə gizlənə bilər.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvar
anklavın cənubundakı Xan-Yunis şəhərinin altındakı tunellərdə
gizlənir.
“Sinvarın dəqiq yeri məlum olmasa da, rəsmi şəxslər bu məlumatı
İsrail kəşfiyyatına ötürüblər. Rəfahdan təxminən səkkiz kilometr
şimalda, Xan-Yunis şəhərindəki yeraltı tunellərdə gizlənir”, –
məlumatda qeyd olunub.
Qeyd edək ki, mayın 7-nə keçən gecə İsrail ordusunun quru
qüvvələri antiterror əməliyyatı çərçivəsində Rəfaha daxil olub.
İsrail tankları Qəzza zolağı tərəfindən Rəfah keçid məntəqəsinin
ərazisi üzərində operativ nəzarəti ələ keçiriblər.





























