Bakı. Trend:
Co Baydenin rəhbərlik etdiyi hazırkı Amerika administrasiyası
ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı məhkəmə prosesləri
ilə əlaqəsi var.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Donald
Tramp deyib.
“Mənə qarşı qaldırlan bütün məhkəmə işləri ilə bağlı çoxsaylı
sübutlar var, Ağ Ev və Ədliyyə Nazirliyi tərəfindən planlaşdırılıb
və koordinasiya edilir. Sadəcə rüsvayçılıqdır. Bu, Baydenə siyasi
rəqibinə qarşı mübarizədə kömək etmək üçün edilir”, – o deyib.
Qeyd edilir ki, Tramp barəsində məxfi sənədlərin saxlanılması
ilə bağlı iş qeyri-müəyyən müddətə təxirə salınıb. ABŞ-nin keçmiş
prezidenti Donald Trampa qarşı dörd cinayət işi çərçivəsində 91
ittiham irəli sürülüb.





























