Bakı. Trend:
2024-cü ilin aprel ayında Türkiyənin İzmir şəhərində yerləşən
Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin
eyni dövrü ilə müqayisədə 21 faiz artaraq, 3 milyon 157 min 850
nəfər olub.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin aprel ayında
hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin
analoji dövrü ilə müqayisədə 13 faiz artaraq 2 milyon 218 min 732
nəfər, beynəlxalq reyslər üzrə isə 43 faiz artaraq 939 min 118
nəfər təşkil edib.
2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü
ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 41 min 743 ton
təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava
limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni
dövrü ilə müqayisədə 20 faiz artaraq, 26 min 500 ton, beynəlxalq
reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 26 faiz artaraq,
15 min 242 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında
həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə
müqayisədə 12 faiz artaraq, 21 min 350 olub. Bununla yanaşı, daxili
reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq 14 min
735, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 6 min 615
olub.
Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin
daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon
373 min 395 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında
sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4
milyon 211 min 507 ton təşkil edib.





























