Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Özbəkistana polad
məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 68,3 faiz
artaraq, 21,9 milyon dollara bərabər olub.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin aprel ayında Türkiyə Özbəkistana 5,8 milyon dollar
məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni
dövri ilə müqayisədə 67,8 faiz çoxdur”, – deyə nazirlikdən
bildirilib.
Qeyd edək ki,2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz
artaraq, 5,2 milyard dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində
polad məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə
müqayisədə 13,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024)
Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac
edib.





























