Bakı. Trend:
Yaponiya əvvəlki illərdə alınmış COVID-19 preparatlarının 77
faizini məhv edəcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, həmin preparatların dəyəri təxminən 2 milyard
dollar qiymətləndirilir.
Yaponiya hökuməti “Shionogi” əczaçılıq şirkətinə məxsus 4,3
milyon ədəd “Xocova” preparatı “Merck” istehsalı olan “Lagevrio”
preparatı, həmçinin “Pfizer” firmasının “Paxlovid” tabletlərini
məhv etmək niyyətindədir.
Qeyd olunur ki, pandemiya zamanı Yaponiya 5,6 milyon vətəndaş
üçün koronavirusa qarşı vasitə alıb. 2024-cü ilə qədər əksər
dərmanların istifadə müddəti bitib, buna görə də onlar utilizasiya
olunmalıdır.





























