Advertisement

Çexiya polisi Rusiyanın “hərbi kəşfiyyat generalı”nı axtarışa verib

Bakı. Trend:

Çexiya polisi “hərbi kəşfiyyat generalı” adlandırılan Rusiya
vətəndaşı Andrey Averyanovu Vrbetitsa partlayışlarında iştirak
etməkdə şübhəli şəxs qismində axtarışa verib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Çexiya polisi iddia edir ki, Averyanov 2014-cü ildə Vrbetitse
kəndindəki silah-sursat anbarlarında baş verən partlayışlarda
iştirak edib. Partlayışların təşkilatçıları Anatoli Çepiqa və
Aleksandr Mişkin olub.

Qeyd edilir ki, bundan əvvəl Böyük Britaniya müstəntiqləri bu
şəxslərin 2018-ci ildə Solsberidə Sergey Skripal və qızı Yuliyanın
zəhərlənməsini təşkil etdiklərini bəyan ediblər.

Kreml isə öz növbəsində Moskvanın partlayışlarda iştirakı ilə
bağlı ittihamları çirkin və əsassız adlandırıb.