Advertisement

Türkiyənin Özbəkistana avtomobil sənayesi məhsulları ixracı 6 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Türkiyənin Özbəkistana avtomobil
sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə
70,3 faiz artaraq, 6,5 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar
2024-yanvar 2023) Türkiyə 35,1 milyard dollar məbləğində avtomobil
sənayesi məhsulları ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin
avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə
müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində
avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin
dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.