Bakı. Trend:
Növbəti prezident seçkiləri – müstəqillik əldə etdikdən sonra
səkkizinci dəfə Litvada keçiriləcək.
Trend-in
məlumatına görə, eyni zamanda, ikili vətəndaşlıq institutunun
tətbiqi ilə bağlı referendum keçiriləcək.
Məlumata əsasən, dövlət başçısı postu uğrunda 8 namizəd mübarizə
aparır. Ekspertlərin fikrincə və sosioloji sorğulara görə,
favoritlər hazırkı prezident, ikinci müddətə seçilmək istəyən 59
yaşlı Qitanas Nauseda, baş nazir, 49 yaşlı İnqrida Simonite və
müstəqil namizəd, hüquqşünas 48 yaşlı İqnas Veqeledir.
Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq.





























