Advertisement

Rəfahdakı əməliyyat məhdud xarakter daşıyır – İsrail ordusu

Bakı. Trend:

Rəfah əməliyyatı “məhdud və taktiki xarakter daşıyır” və şəhərin
sıx məskunlaşdığı ərazilərdə həyata keçirilmir.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL)
rəsmi nümayəndəsi Daniel Haqari deyib.

D.Haqari xatırladıb ki, əməliyyat başlamazdan əvvəl ordu “şəhər
əhalisini müvəqqəti olaraq humanitar bölgələrə köçməyə
çağırıb”.

İsrail ordusunun nümayəndəsi bildirib ki, İsrail anklav
sakinləri ilə deyil, HƏMAS-la mübarizə aparır. D.Haqarinin
sözlərinə görə, İsrail hərbçiləri mülki şəxslərə humanitar yardım
göstərmək üçün çalışır.