Bakı. Trend:
NATO hələ də Ukraynaya qoşun göndərmək niyyətində deyil.
Trend-in
məlumatına görə, bunu NATO Baş katibinin müavini Mirça Ceoana
deyib.
Ceoana Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya təcili
dəstək verilməsinin zəruriliyi ilə bağlı son bəyanatlarını
xatırladıb. Bildirib ki, qərarların konsensusla qəbul edildiyi NATO
səviyyəsində hazırda Ukraynada alyans qüvvələrinin yerləşdirilməsi
planı yoxdur.
“Biz Ukraynaya bacardığımız qədər dəstək verməkdə, eyni zamanda,
bu müharibənin NATO və Rusiya arasında daha da böyük münaqişəyə
çevrilməməsində maraqlıyıq”, – deyə Baş katibin müavini qeyd
edib.





























