Bakı. Trend:
Polşanın paytaxtı Varşavanın şimalındakı ticarət mərkəzində
yanğın baş verib.
Trend xəbər verir ki, yanğının söndürülməsinə 150
yanğınsöndürən cəlb olunub.
Alovun yayılması lokallaşdırılsa da, tamamilə yanan binaya
hələlik daxil olmaq mümkün deyil.
İlkin məlumata görə, xəsarət alan olmayıb.





























