Advertisement

İran qazını Türkiyə vasitəsi ilə Şərqi Avropaya tranzit etmək mümkündür – İran XİN rəsmisi

Bakı. Trend:

İran qazını Türkiyə vasitəsi ilə Şərqi Avropa ölkələrinə tranzit
etmək mümkündür.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin
Aralıq dənizi və Şərqi Avropa ölkələri üzrə idarəsinin baş
direktoru Mahmud Heydəri 23-cü Beynəlxalq Neft, Qaz, Emal və
Neft-Kimya Sərgisində deyib.

Onun sözlərinə görə, Türkiyə İrandan əlavə qaz almaqda
maraqlıdır. Bundan əlavə də bu ölkənin qaz tranziti üzrə böyük
imkanları var.

“Şərqi Avropa ölkələri əsasən qaz istehlakçılarıdır. İran da
dünyanın neft və qaz rezervuarlarına sahib əsas ölkələrindən
biridir və bu ölkələrin qaz təminatında yaxından iştirak edə bilər.
Əlbəttə bu ölkələrin siyasi iradəsi ilə İran əleyhinə tətbiq olunan
sanksiyalarla əlaqədar məsələlər aradan qaldırılmalıdır”, – deyə o
qeyd edib.

Qeyd edək ki, 8 mayda Tehranda 4 günlük 23-cü Beynəlxalq Neft,
Qaz, Emal və Neft-Kimya sərgisi işə başlayıb. Sərgidə 1,7 min yerli
şirkət və 250 əcnəbi şirkət iştirak edib.

Əlavə edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilə
dünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda
22 qaz yatağı aktivdir.