Advertisement

İbrahim Kalın HƏMAS heyəti ilə görüşüb

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın
Qətərin paytaxtı Dohada HƏMAS heyəti ilə görüşüb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, İbrahim Kalın
HƏMAS Siyasi Bürosunun sədri İsmail Haniyə və onu müşayiət edən
nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı danışıqlardakı son vəziyyət və atəşkəs təşəbbüsləri
müzakirə edilib.