Bakı. Trend:
Meksikada rekord istilər səbəbindən bir həftə ərzində ən azı 27
nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə “El Universal” nəşri xəbər
verib.
Məlumata əsasən, anormal istilər nəticəsində ölənlərin ən çoxu
ölkənin mərkəzindəki San-Luis-Potosi ştatında qeydə alınıb. Orada
15 nəfər ölüb, həkimlər onların hamısında isti vurma əlamətləri
aşkar ediblər. Qeyd edilib ki, ən yüksək temperatur məhz
San-Luis-Potosidə qeydə alınıb və Valles şəhərində 48 dərəcəyə
çatıb.
Hidalqo ştatı hakimiyyəti, lkin məlumatlara görə, istinin
təsirindən ölən beş nəfərin ölüm səbəblərini araşdırır.
Eyniadlı ştatın paytaxtı Oaxaka şəhərində yerli hakimiyyət
orqanları burada 40 dərəcəyə çatan yüksək temperatur nəticəsində
azı iki nəfərin öldüyünü təsdiqləyib.





























