Bakı. Trend:
ABŞ-ln Alabama ştatının Stokton şəhəri yaxınlığında atışma
nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “Fox News” televiziya kanalı
yerli hakimiyyətə istinadən xəbər verib.
Məlumata əsasən, atışma təxminən 1 min insanın qatıldığı bir
şənlikdə başlayan davadan sonra baş verib. Cinayətkarların
şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd olunub ki, xəsarət alamlar Bey-Minett xəstəxanasına
aparılıb.





























