Advertisement

Litvada prezident seçkiləri ikinci tura qala bilər

Bakı. Trend:

Mayın 12-də Litvada keçirilən prezident seçkilərində ikinci
müddətə yenidən seçilmək istəyən Litva prezidenti Qitanas
Nausedanın birinci turda qalib gəlmək şansları bir qədər
azalıb.

Trend-in
məlumatına görə, bu barədə səslərin hesablanması zamanı Mərkəzi
Seçki Komissiyasının internet saytında real vaxt rejimində
yerləşdirilən məlumatlarda qeyd olunub.

Saat 23:00-a olan məlumata əsasən, 1895 seçki məntəqəsindən
1245-nin səsləri hesablandıqdan sonra Nauseda 47,63 faiz səs
toplayıb. Təxminən bir saat əvvəl bu rəqəm 48,76 faiz təşkil
edib.

Əgər birinci turda qalib müəyyən edilməzsə (bunun üçün 50
faizdən çox səs toplamaq lazımdır), iki həftə sonra birinci turun
iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.