Bakı. Trend:
Amerikalı aktyor Stiv Buşemi naməlum şəxsin hücumuna məruz
qaldıqdan sonra Nyu-York xəstəxanalarından birinə
yerləşdirilib.
Trend-in
məlumatına görə, bu barədə “The New York Post” qəzeti xəbər
verib.
“Stiv Buscemi Manhettenin mərkəzində hücuma məruz qaldı və
şəhərdə təsadüfi zorakılıq aktının növbəti qurbanı oldu”, – deyə
aktyorun mətbuat katibi bildirib.
O, həmçinin qeyd etdi ki, S.Buşeminin vəziyyəti yaxşıdır və hər
kəsin xoş arzularını yüksək qiymətləndirir.
Aktyora hücum edən şəxs hadisə yerində qaçıb. Həmin şəxsin
axtarışı aparılır.





























