Bakı. Trend:
ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav
Qalantla telefon danışığında Qəzza zolağının cənubundakı Rəfahda
genişmiqyaslı quru əməliyyatı olacağı təqdirdə mülki şəxslərin
təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentindən
bildiriblər.
“Dövlət katibi Qəzzada mülki vətəndaşların və humanitar
işçilərinin qorunmasının təcili ehtiyac olduğunu vurğulayıb və
dövlət katibini yardımların Qəzzaya çatmasını təmin etməyə
çağırıb”, – deyə qeyd olunub.
Eyni zamanda, A.Blinken bir daha qeyd etdi ki, ABŞ “İsrailin
təhlükəsizliyinə və HƏMAS-ı məğlub etmək kimi ümumi məqsədə sadiq”
olsa da, Vaşinqton buna baxmayaraq, “bir milyondan çox insanın
sığınacaq tapdığı Rəfahda böyük hərbi quru əməliyyatına
qarşıdır”.





























