Bakı. Trend:
Braziliyanın hakimiyyət orqanları ölkənin cənubunda daşqın
nəticəsində ölənlərin sayının 144 nəfərə çatdığını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə yerli G1 portalı
Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən
məlumat yayıb.
Bildirilir ki, təbiət hadisəsi zamanı 800 nəfər xəsarət alıb,
125 nəfər isə itkin düşüb. Yağış və qasırğa 2 milyon 100 mindən çox
insana zərər vurub.
81 min sakin kilsə, məktəb və idman salonlarına sığınıb. Ərazidə
axtarış-xilasetmə işləri davam edir.





























