Bakı. Trend:
2023-cü ildə dünya əhalisinin 56%-i şəhərdə yaşayırdı. 2050-ci
ilədək planetin əhalisinin sayı 1,6 milyard nəfər artacaq. Onların
azı 70%-i şəhərlərdə yaşayacaq.
Trend xəbər verir ki, bu məlumatı Avstraliyanın “Institute for
Economics & Peace” təşkilatı yayıb. İnstitut həmçinin 2050-ci
ilədək ən böyük meqapolisə çevriləcək 5 şəhərlə bağlı da proqnoz
verib.
İnstitutun mütəxəssislərinin fikrincə, 2050-ci ildə ən böyük
şəhərlər arasında beşinci yeri Bombey (Hindistan) tutacaq. Burada
32 400 000 nəfərin yaşayacağı gözlənilir.
Dördüncü yerdə Misirin paytaxtı Qahirə gəlir. Burada 32 600 000
nəfərin məskunlaşacağı ehtimal edilir.
Tokio ilə bağlı da proqnoz maraqlıdır. 2022-ci ildə 37 300 000
nəfər sakinlə Yaponiyanın paytaxtı dünyanın ən böyük şəhəri olub.
Lakin ölkədə doğum sayı azaldığı üçün Tokioda 2050-ci ildə ən yaxşı
halda 32 600 000 nəfərin yaşayacağı gözlənilir. Gündoğar ölkənin
paytaxtı ilk beşlikdə üçüncü yerdə qərarlaşacaq.
İkinci yerdə qərar tutacaq Banqladeşin Dəkkə şəhərində 34 600
000 nəfərin məskunlaşacağı gözlənilir. Hazırda şəhərə ciddi axın
var.
Hazırda dünyanın ikinci ən böyük şəhəri olan Yeni Dehlinin
2050-ci ildə dünyanın ən böyük meqapolisinə çevrilməsi gözlənilir.
Ehtimala görə, burada 2050-ci ilədək 49 600 000 nəfər
məskunlaşacaq.





























