Bakı. Trend:
İrəvanda polis etirazçıların həbsini davam etdirir.
Trend-in
məlumatına görə, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının
rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi aksiya
iştirakçıları polisə qarşı müqavimət göstərib.
Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub.
Erməni fəallarının bildirdiyinə görə, kilsə ilə Ermənistanın
hazırkı hökuməti arasında problemlər yeni deyil. Bu problemlər baş
nazir Nikol Paşinyanın hakimiyyəti dövründə hər zaman özünü büruzə
verib. Erməni Apostol Kilsəsi hökumətin siyasətini bölüşmür.
Qeyd olunur ki, həmin etirazçılar xüsusi heç nə etmirlər, sadəcə
“Daşnaksütyun”un şüarlarını sözbəsöz təkrarlayırlar. Onlar “Qarabağ
klanı”nın nümayəndələrinin və şəxsən onun lideri Robert Köçəryanın
ən yaxın müttəfiqidir. Onlar Ermənistanla Azərbaycan arasında
sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan
bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh
prosesinə əngəl olmağa cəhd edirlər.





























