Advertisement

Azərbaycana Latviyanın kənd təsərrüfatı sahəsindəki təcrübəsi maraqlıdır – Sahib Məmmədov

Bakı. Trend:

Azərbaycana Latviyanın kənd təsərrüfatı və işğaldan azad edilmiş
ərazilərdə inkişaf etdirilə biləcək digər iqtisadiyyat
sahələrindəki təcrübəsi maraqlıdır.

Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
Azərbaycan-Latviya biznes forumunda deyib.

“Latviyada ərazinin 30 faizi kənd təsərrüfatının inkişafı üçün
ayrılıb. Bizə bu cür təcrübə maraqlıdır, çünki Azərbaycanın
işğaldan azad edilmiş ərazilərini aqrar tsiklə inteqrasiya etmək
istəyirik”, – nazir müavini deyib.

Onun sözlərinə görə, Azərbaycanda bir çoxu aqrar sahədə olmaqla,
48 Latviya şirkəti aktiv fəaliyyət göstərir.

Latviya Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis
Kronberq biznes forumda deyib ki, Latviya artıq Azərbaycana süd və
balıq məhsulları tədarük edir, lakin əməkdaşlığı daha da inkişaf
etdirmək istəyir.

“Biz əməkdaşlıq haqqında memorandum imzalamaq istəyirik, bu
qarşılıqlı fəaliyyət üçün bazanı genişləndirməyə imkan verəcək”, –
Kronberq deyib.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu il
keçiriləcək “Riga Food-2024” sərgisində iştirak etmək niyyətini
açıqlayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun