
Bakı. Trend:
Kremlin Aleksey Navalnının ölüm səbəbləri barədə məlumatı
yoxdur.
Trend xəbər
verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov jurnalistlərə deyib.
“Aleksey Navalnının ölümü ilə əlaqədar yoxlanışla Rusiya
Federasiyasının Cəzaların İcrası Federal Xidməti məşğul olur, baş
verən hadisənin səbəbini tibb işçiləri araşdırır. Prezident
Vladimir Putinə baş verən hadisə ilə bağlı məlumat verilib”, – deyə
o əlavə edib.
Qeyd edək ki, fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində
məhkum Aleksey Navalnı gəzintidən sonra özünü pis hiss edərək,
demək olar ki, dərhal huşunu itirib. Müəssisənin tibb işçiləri
dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb.
Zəruri bütün reanimasiya tədbirləri görülüb, lakin heç bir müsbət
nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü
təsdiqləyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























