Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan
ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla görüşüb.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması prosesi gözdən keçirilib.
Tərəflər, həmçinin, ATƏT-lə əməkdaşlıq məsələlərini müzakirə
edib, o cümlədən, Cənubi Qafqazdakı vəziyyət barədə fikir
mübadiləsi aparıb.





























