Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Qəndil bölgəsində 3
PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Trend xəbər
verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat
yayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv
etmək üçün terrorla mübarizəni davam etdirir.
“İraqın şimalında Qəndil bölgəsində müəyyən edilən 3 PKK/YPG
terrorçusu zərərsizləşdirilib. Terror yuvalarını məhv etməyi əzm və
qətiyyətlə davam etdirəcəyik”, – məlumatda qeyd olunub.





























