Advertisement

Şimali İraqdan qaçan terrorçular Türk ordusuna təslim olub

Bakı. Trend:

Şimali İraqdan qaçan terrorçular Türk ordusuna təslim olub.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

“İraqın şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusu
Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə təslim olub” – deyə paylaşımda
qeyd edilib.

Bildirilib ki, terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə
təslim olmaqdır.