Bakı. Trend:
İrəvanda etirazlarda bu gün saxlanılan müxalifət fəallarının
sayı 38 nəfərə çatıb.
Trend xəbər
verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, etirazçılar İrəvanın küçələrini bağlayıblar.
Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanla
sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər
etiraz aksiyaları keçirirlər. Onlar Ermənistanla Azərbaycan
arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal
altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına,
ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.
Ötən gün Ermənistan DİN 156 nəfərin saxlanıldığına, sonradan
onların hamısının azadlığa buraxıldığına dair məlumat yayıb.





























