Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Qazaxıstana polad
məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 33,1 faiz
azalaraq, 7,8 milyon dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin aprel ayında Türkiyə Qazaxıstana 2,4 milyon dollar
məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni
dövri ilə müqayisədə 8,3 faiz çoxdur”, – deyə nazirlikdən
vurğulanıb.
Qeyd edək ki,2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz
artaraq, 5,2 milyard dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində
polad məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə
müqayisədə 13,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024)
Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac
edib.





























