Bakı. Trend:
Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri
Kuznetsov həbs olunub.
Trend xəbər
verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat
yayıb.
Bildirilib ki, Kuznetsov külli miqdarda rüşvət almaqda şübhəli
bilinir. Belə ki, onun kommersiya strukturlarının xeyrinə hərəkət
etmək üçün həmin strukturların nümayəndələrindən rüşvət aldığı
müəyyən edilib.
Axtarışlar zamanı Kuznetsovun 100 milyon rubl dəyərində vəsaiti
müsadirə olunub.





























