Bakı. Trend:
Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsini üçüncü, son oxunuşda qəbul edib.
Trend bu
barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Gürcüstan parlamentinin 84 deputatı qanun
layihəsinin lehinə, 30 nəfər isə əleyhinə səs verib.
Müzakirələr Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ilə
müxalifət fraksiyasından olan partiyalar arasında etirazların və
mübahisələrin fonunda keçirilib. Gürcüstan parlamentinin qarşısında
etirazlar keçirilib, etirazçılar Rustaveli prospektini, eləcə də
parlament binasına yan girişi bağlayıblar.
Qeyd edək ki, qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında”
qanun layihəsi xaricdən maliyyələşdirilən QHT və KİV-in Gürcüstanda
xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə
doldurmasını tələb edir.





























